ABŞ təyyarəsi İrana girdi

ABŞ-a məxsus ER-3E təyyarəsi İranın hava məkanını pozub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən kəşfiyyat təyyarəsi Oman körfəzi ərazisindən ölkənin ərazisinə daxil olub.

Təyyarəsinin xəbərdarlıqdan sonra İranın hava məkanını tərk etdiyi bildirilib.