ABŞ qoşunlarını Suriyadan tam çıxarmağı qərara alıb – Nə baş verir?

Birləşmiş Ştatlar öz qoşunlarının Suriyadan tamamilə çıxarılması məsələsini nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı ABŞ Dövlət Departamentinə və Pentaqonun dörd rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hələlik yekun qərar verilməsə də, Amerika administrasiyası hazırda qoşunların nə vaxt və necə çıxarıla biləcəyini müzakirə edir.

Nəşr qeyd edir ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması xaosa və terror təhlükələrinin sürətlə artmasına səbəb olacaq. Bununla belə, ABŞ-ın siyasi dairələrində bu məsələnin fəal şəkildə müzakirə edildiyi və artıq qoşunların çıxarılmasının qaçılmaz olduğu bildirilib.

Əliyar Xəlil,

Globalinfo.az