ABŞ Qəzzada liman yarada bilər – Pentaqon

Birləşmiş Ştatlar Qəzzada liman yaratmaq üçün tərəfdaşları ilə əlaqələri davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder deyib.

“ABŞ Qəzza zolağına humanitar yardım çatdırmaq üçün müvəqqəti liman yaratmaq istəyir və bununla bağlı regiondakı tərəfdaşları ilə əlaqə saxlayır. Buna  bir neçə həftə vaxt sərf oluna bilər. ABŞ əsgərləri Qəzza zolağına humanitar yardım apararkən gəmilərdən düşməyəcək”.

Patrik Rayderin sözlərinə görə, ABŞ BMT-dəki müttəfiqləri və tərəfdaşları ilə Qəzzaya yardımın paylanması üzrə səylərini davam etdirir.

“Vaxt baxımından bunu mümkün qədər tez təşkil etmək üçün çalışırıq. Lakin planlaşdırmaq və həyata keçirmək üçün bir neçə həftəyə ehtiyac var”, –  Rayder vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az