ABŞ Məxfi Xidmətinin (USSS) başçısı Kimberli Çitl (Kimberly Cheatle) onun başçılıq etdiyi qurumda, keçmiş prezident Donald Trampa qarşı sui-qəsdin qarşısının alınmaması ilə bağlı aparılan sərt yoxlamaların ardınca tutduğu vəzifəsindən istefa verib.
Globalinfo.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, həm hazırkı, həm də keçmiş dövlət başçılarının mühafizəsi vəzifəsini yerinə yetirən xidmət onun sorğularına cavab verməyib.
Məxfi xidmətin sərt tənqid olunması iyulun 13-də Pensilvaniyada seçkiqabağı mitinq keçirən Donald Trampın yaralanmasından sonra başlanmışdı. İstintaqın versiyasına görə silahlı şəxs Trampa mitinq iştirakçılarının göründüyü damdan atəş aça bilmişdi. USSS-in başçısı Kimberli Çitl bu hadisəyə görə həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqid olunurdu.
Çitl iyulun 22-də Konqres dinləməsində Trampın Pensilvaniyadakı mitinqi üçün hansı təhlükəsizlik tədbirlərinin hazırlandığına dair suallara cavab verməkdən imtina etmişdi.
Buna görə də bir neçə millət vəkili Çitlı istefa verməyə çağırmışdı. Konqres dinləməsinin iştirakçıları habelə USSS üzərində nəzarəti davam etdirəcəklərini bildirmişdilər.