
“Putin Ukraynaya zərbələrin dayandırılması məsələsində məni dinləyəcək”
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Məncə, Putin Ukraynaya zərbələrin dayandırılması ilə bağlı çağırışıma qulaq asacaq”, – deyə Tramp bəyan edib.
O, həmçinin vurğulayıb ki, Rusiya və Ukrayna danışıqlar masasına oturmalıdır.
ABŞ lideri sülh razılaşmasının əldə olunması üçün bir “son tarix” müəyyən etdiyini də qeyd edib. Lakin bu tarixlə bağlı konkret açıqlama verməyib.
Aysel Əliyeva
Globalinfo.az