ABŞ Prezidenti Co Bayden şəxsi heyətlə birlikdə “THAAD” sisteminin batareyasını İsrailə göndərilməsini əmr edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə sistemi İsrailə İranın mümkün hücumundan qorunmaq və təhlükəsizliyi gücləndirmək məqsədilə verilir.
Ağ Ev bu qərarı İranın 13 aprel və 1 oktyabrda İsrailə qarşı misli görünməmiş hücumlarından sonra verib.