shutterstock 1604767540 pic 32ratio 900x600 900x600 16831

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Çin, Türkiyə və BƏƏ-də fəaliyyət göstərən 22 şirkəti İranla bağlı sanksiya siyahısına əlavə edib. 

Globalinfo.az xəbər verir ki, qərar bu şirkətlərin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir bölməsinə fayda gətirən İran neftinin satışını asanlaşdırması ilə əlaqədar verilib.

Maliyyə naziri Skott Bessent bildirib ki, İran rejimi kölgə bank sistemindən sabitliyi pozan nüvə və ballistik raket proqramlarını maliyyələşdirmək üçün istifadə edir. Onun sözlərinə görə, ABŞ bu infrastrukturun ifşası və məhvi istiqamətində tədbirlərini davam etdirəcək.

Tahir Turan

Globalinfo.az

Paylaş: