ABŞ-ın hücumlarından sonra İranın Fordodakı nüvə obyektindən video görüntülər yayılıb.
Globalinfo.az xəbər verir ki, kadrları İranın “İsna” xəbər agentliyi paylaşıb.
Bildirilib ki, hadisə yerində dağıntı və yanğın olmayıb.
İran hakimiyyəti radiasiya sızması riskinin olmadığını iddia edib.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İranı bombalamağa başlayıb. Zərbələrin əsas hədəfi uranın zənginləşdirildiyi sənaye obyektləri olub.
Əliyar Xəlil
Globalinfo.az