Şok bəyanat: “Türkiyənin bu ərazisini özümüzə birləşdirəcəyik!”

Suriya milli prioritetinin Türkiyənin İsgəndərun vilayətini öz tərkibinə qatmaq olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumat Suriya parlamentinin İsgəndərunun Türkiyəyə birləşdirilməsinin 83 illiyi ilə bağlı yaydığı bəyanatda yer alıb.

“Suriya tez, ya gec özünün haqlarını İsgəndərunda tam bərpa edəcək”, – bəyanatda bildirilib.

Qeyd edək ki, bu, Suriyanın Türkiyəyə ilk ərazi iddiası deyil. Belə ki, 1956-cı ildən sonra rəsmi Dəməşq Hatay bölgəsinin Suriyaya birləşdirilməsini tələb edir.

Hatay 1939-cu ildə Türkiyəyə birləşdirilib. Bu vaxta qədər isə ərazidə Fransa mandatlığı altında Hatay vilayəti olub. 1937-ci ildə müstəqil respublika olan cümhuriyyət sonradan öz istəyi əsasında Ankaranın tabeliyini qəbul edib.

İlkin
Globalinfo.az