2023 ABŞ üçün necə il olub? – Amerikalılar arasında SORĞU

Amerikalıların əksəriyyəti 2023-ü ABŞ üçün “pis il” adlandırırlar.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, “Fox News” ölkədə keçirilən sosioloji sorğunun nəticələrinə əsasən material hazırlayıb. Sorğuda iştirak edən amerikalıların əksəriyyəti 2023-cü ili ABŞ üçün “pis il” adlandırıb.

Belə ki, respondentlərin 66 faizi keçən ilin ailələri üçün uğurlu olmadığını dilə gətiriblər. Sorğuda iştirak edənlərin  53 faizi isə 2023-cü ili təkcə yaxınları üçün deyil, həm də özləri üçün uğursuz sayıblar.

2023-cü il 10-13 dekabr tarixlərində keçirilən sorğuda mindən çox amerikalı iştirak edib.

Əliyar Xəlil,

Globalinfo.az