ABŞ-ın hərbi bazaları raket atəşinə tutuldu

Suriya ərazisində yerləşən ABŞ-ın iki hərbi bazası raket atəşinə tutulub.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli mənbələrə istinadla məlumat yayıb.

Xüsusilə, Əz-Zəxriyə hava limanı ərazisində yerləşən Amerika bazasına hücum edilib. Hava limanı ölkənin şimal-şərqindəki Əl-Həsəkə şəhərində yerləşir.

Agentliyin məlumatına görə, raketlərin əksəriyyəti birbaşa ABŞ bazasının ərazisinə düşüb. Lakin hədəfə çatan mərmilərin dəqiq sayı göstərilmir.

Mənbələrdən biri deyib ki, dekabrın 16-da Ömər neft yatağı yaxınlığındakı Amerika bazasına hücum olub. Sonuncu Deyr əz-Zor əyalətinin şərqində yerləşir.

“Yataq ərazisinə dörd raket düşüb. Bütün ərazidə partlayış səsləri eşidilib”, – məlumatda deyilir.

Hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmır. Bu, mümkün zərərə və qurbanların olmasına da aibir işarədir.