Fələstin dövlətinin yaradılması… – Blinken

ABŞ Fələstin dövlətinin yaradılması tədbirlərini dəstəkləyir.

Globalinfo.az xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşdə deyib.

A.Blinken Vaşinqtonun Fələstin dövlətinin yaradılması üçün real tədbirləri dəstəklədiyini bir daha təsdiqləyib.

Xatırladaq ki, ABŞ-nin dövlət katibi yanvarın 4-dən Yaxın Şərq və bölgəyə qonşu ölkələrdə səfərdədir. O, Türkiyə, Yunanıstan, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və İsrailə səfər edib.

Məlumata görə, o, bu gün Bəhreynə əvvəlcədən elan olunmamış səfər edəcək.