ABŞ-dən İrana GİZLİ MESAJ: Bayden şəxsən AÇIQLADI

“ABŞ Husilərin hücumları ilə bağlı İranla əlaqə saxlayır”.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ liderinin özü məlumat verib.

Bayden bildirib ki, ABŞ Husilərin hücumları ilə bağlı İrana şəxsi mesaj göndərib:

“Biz mesajı özəl şəkildə çatdırdıq və hərtərəfli hazırlaşdığımız barədə onları əmin etdik”, – deyə Bayden vurğulayıb.

Lakin ABŞ prezidenti bu mesajın təfərrüatlarını açıqlamayıb. Eyni zamanda İranın Vaşinqtonla əlaqə saxlayıb-saxlamadığı, yaxud rəsmi Tehranın  nümayəndələrinin məsələnin müzakirəsində iştirak edib-etmədiyi məlum deyil.

Qeyd edək ki, Yəmən husiləri ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini qanuni hədəf kimi müəyyənləşdiriblər. Belə ki, Hərəkatın nümayəndəsi Yəmənə raket hücumunda iştirak edən ABŞ və Böyük Britaniyanın cavabının veriləcəyini bəyan edib. Həmçinin Qırmızı dənizdə  yerləşən ABŞ hərbi gəmilərinin hədəfə alınacağına eyham vurub.

Əliyar Xəlil
Globalinfo.az