Avropa İttifaqı (Aİ) Rusiya diplomatlarının öz ərazisində hərəkətini məhdudlaşdıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“İki ay əvvəl Aİ-nin bu qərara gələcəyinə heç kim inanmazdı. 19-cü sanksiya paketinin əsas istiqaməti iqtisadi təzyiq olsa da, səyahət məhdudiyyətlərinin qoyulması ehtimalı Brüssel üçün xüsusilə faydalı olacaq”, – deyə bildirilibş
Bir gün əvvəl “Bloomberg” xəbər vermişdi ki, Avropa oktyabrın 23-də Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyəcək. Bu, Rusiyanın mayeləşdirilmiş təbii qazını mərhələli şəkildə ləğv etmək strategiyasını da ehtiva edir.
Əliyar Xəlil
Globalinfo.az