“Xüsusi Sərhəd Təhlükəsizliyi Qrupu gələn həftə Ermənistana yola düşəcək”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması mərasimində deyib.
“Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək. Biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik. Qısa müddət ərzində gözəl tərəfdaşlıqlar fonunda böyük və səmərəli iş gördük. Beləliklə, Ermənistanla ABŞ arasında münasibətlərdə mühüm nailiyyəti qeyd edə bilərik. Strateji tərəfdaşlıq üzrə komissiya yaradırıq. Komissiya bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq dairəsini genişləndirəcək. Hazırda biz dinc nüvə təhlükəsizliyi və nüvə enerjisi sahəsində danışıqlar aparırıq”, – Blinken vurğulayıb.
Qeyd edək ki, sözügedən qrupun Ermənistan-Azərbaycan sərhədinə gələcəyi ehtimal edilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az