Pentaqon Rusiya təyyarələrini müşayiət etmək üçün döyüş qırıcıları göndərib.
Globalinfo.az xəbər verir ki, Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) qırıcı təyyarələrin bir həftə ərzində üçüncü dəfə Alyaska sahillərində Rusiya təyyarəsini müşayiət etdiyini açıqlayıb.
Qeyd olunur ki, Alyaska səmasında Rusiyanın “İl-20” kəşfiyyat təyyarəsi görüntülənib. Onu izləmək üçün bir “E-3”, iki “F-16” və iki “KC-135” tanker təyyarəsi göndərilib.
NORAD bəyan edib ki, Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb, ABŞ və ya Kanada sərhədlərini keçməyib.
Əliyar Xəlil