“İsrail Qəzzada əməliyyatlara başlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
O qeyd edib ki, atəşkəs əldə etmək üçün Fələstinin HƏMAS qrupuna təzyiqi artırılır.
“Razılaşmaq əldə etmək üçün çox az vaxtımız var. Artıq aylarımız yox, yəqin ki, günlərimiz və bəlkə də həftələrimiz qalıb. Bu, əsas məqamdır”, – deyə Rubio bildirib.
O, həmçinin qeyd edib ki, Qətər münaqişəyə son qoymaq üçün danışıqlarda çox mühüm rol oynaya bilər.
Qeyd edək ki, sentyabrın 16-na keçən gecə İsrail ordusu 20 dəqiqə ərzində Fələstin şəhərinə 37 zərbə endirib. İsrail əsgərləri helikopter və pilotsuz təyyarələrdən istifadə edib, həmçinin artilleriyadan atəş açıblar.
Əliyar Xəlil
Globalinfo.az