Armenia

Rusiya öz məhsullarını dünya bazarlarına çıxarmaq və sanksiya tətbiq edilən mallara əlçatanlığı təmin etmək üçün erməni şirkətlərindən istifadə edir. 

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqına yaxın “EU reporter” saytı məlumat yayıb.

Nəşr ABŞ Dövlət Departamenti, Ticarət Nazirliyi və Avropa İttifaqı orqanlarının həmin erməni şirkətləri ilə bağlı araşdırmalara başlamaq üçün sənəd topladığını yazır.

“Ermənistan Putinin Ukrayna müharibəsində logistik mərkəzidir?” başlığı ilə yayımlanan məqalə ciddi müzakirələrə səbəb olub. İddia edilir ki, Rusiya sanksiya tətbiq edilən məhsullarını erməni şirkətləri vasitəsilə Gürcüstan limanları üzərindən beynəlxalq bazarlara çıxarır.

Nəşr bildirir ki, ABŞ və Avropa İttifaqı bu şirkətləri “qara siyahı”ya salmağa hazırlaşır.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: