“Apple” şirkətinin yeni smartfon modeli iPhone-16 artıq Bakıda satışa çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas məlumat yayıb.
O bildirib ki, Azərbaycana artıq iPhone-16 Pro Maks (256GB yaddaşla) gətirilib və qara bazarda satışa çıxarılıb. Qiyməti isə 7350 manat təşkil edir.
Qeyd edək ki, ABŞ-da iPhone-16-nın satışı sabah başlayacaq və yalnız bundan 14 gün sonra digər ölkələrdə satışı başlamalıdır.