ABŞ bu universal texnikanı gizli şəkildə Kiyevə verdi


ABŞ Rusiyanın müdafiəsini yarmaq üçün Ukraynaya gizli şəkildə bir neçə “Assault Breacher” mühəndis zirehli texnikasını göndərib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Devid Eks “Forbes”dəki məqaləsində yazıb.

Onun sözlərinə görə, Ukrayna ordusu 6-ya qədər belə maşın əldə edib.

“Verilmiş texnikanın fotosu dünən Prezident Vladimir Zelenskinin ofisinin saytında dərc olunub. Bu texnikalar ABŞ-ın hərbi yardımlar siyahısında qeyd olunmayıb”, – Eks bildirib.

Qeyd edək ki, “Abrams” tankının əsasında yaradılmış 55 tonluq bu maşın müdafiənin yarılması üçün ən universal texnika hesab olunur. İki zirehli maşın effektivliyinə görə bir neçə buldozerə bərabərdir.