milli meclis esas 900x553 1

“Mediada xəbər yayılıb ki, ABŞ bizim Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alıb. Bu barədə ABŞ-dakı görüşdə danışıldımı?”

Globalinfo.az xəbər verir ki, bu sualı Milli Məclisin plenar iclasında deputat Qüdrət Həsənquliyev ABŞ səfərindən qayıdan həmkarı Səməd Seyidova ünvanlayıb.

Səməd Seyidov cavabında bunları deyib:

Azərbaycan bu gün yalnız Amerika Birləşmiş Ştatları üçün deyil, öz enerji siyasəti ilə Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib. Enerji nöqteyi-nəzərindən, xüsusilə konkret sahələrlə bağlı — məsələn, enerji tranziti, neftqaz istehsalı, eləcə də Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə dair — biz çox dərin, mənalı və məhsuldar söhbətlər aparmışıq.

Bütün bu müzakirələr AzərbaycanABŞ-ın milli maraqları çərçivəsində həyata keçirilib. Qüdrət müəllim istəyərsə, bu mövzuları geniş və ətraflı şəkildə açıqlamaq üçün bizim böyük imkanlarımız var. Müzakirəmizi daha sonra davam etdirə bilərik”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: