
Paris görüşündə Ukraynada yaxın günlərdə atəşkəs ehtimalı müzakirə edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına açıqlamasında bildirib.
“Görüş zamanı yaxın perspektivdə atəşkəslə bağlı imkanları nəzərdən keçirdik. Məhz buna görə də gələn həftə Londona səfər edəcəyik. Orada bu məsələnin rəsmiləşdirilməsini istəyirik. Hesab edirəm ki, qarşımızda böyük fürsətlər açılır”, – deyə Kelloq vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az