“ABŞ-a uyğunlaşmamalıyıq” – Makrondan Avropaya çağırış

Avropa Tayvan məsələsində nə ABŞ-ı, nə də Çini dəstəkləməməlidir.

Globalinfo.az Modern.aza istinadən xəbər verir ki, bunu Çinə səfərdən qayıdan Fransa prezidenti Emmanuel Makron yerli telekanallara müsahibəsində bildirib.

O deyib ki, Aİ-nin özünə aid olmayan böhranlara cəlb olunması risklidir.

“Ən pisi, biz avropalıların Amerika ritminə və Çinin hədsiz reaksiyasına uyğunlaşmalı olduğumuzu düşünmək ola bilər”, – Makron qeyd edib.