abd 1717615996 662

“Bu, yaxından izlədiyimiz və çox narahat olduğumuz bir məsələdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin Livana qarşı mümkün hərbi əməliyyata başlamaq qərarını şərh edərkən deyib.

O bildirib ki, tərəflərin Qəzzada atəşkəsə nail olmaq üçün çox çalışdığı bir vaxtda İsrailin şimal sərhədində Hizbullahla yeni münaqişəyə girməsi Təl-Əvivə və bölgədəki digər oyunçulara fayda verməyəcək.

“Bu, oktyabrın 7-dən bəri yaxından izlədiyimiz və çox narahat olduğumuz bir məsələdir. Biz münaqişənin daha da genişlənməsini istəmədiyimiz üçün bunun diplomatik həllini axtarırıq. Ümumilikdə bu vəziyyət İsrailin təhlükəsizliyinə və sabitliyinə xələl gətirəcək”, – deyə Miller vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: