q 1

Sabunçu Tibb Mərkəzində 24 yaşlı hamilə qadının ölməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Globalinfo.az bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, avqustun 20-si saat 22:30-da 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

***12:40

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

Globalinfo.az “Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.

Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

2026 08 21 11 55

Paylaş: