23a3abf7 f2dc 4f97 8de1 02142eb36773

İranın Ermənistana yeni təyin olunmuş səfiri Mehdi Sobhani İrəvanda öz missiyasına başlayıb.

Globalinfo.az xəbər verir ki, səfir Ermənistana yola düşmədən öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

Qeyd olunur ki, Abdullahian səfirlə görüşdə İran hökumətinin qonşuları ilə münasibətlərinə önəm vediyini təkrar diqqətə çatdırıb.

Xatırladaq ki, İranın Ermənistandakı keçmiş səfiri səlahiyyət müddəti başa çatdığı üçün yüksək səviyyədə Tehrana yola salınmışdı.

Tahir Turan
Globalinfo.az 

Paylaş: