Xəbər verdiyimiz kimi, Abdullah Zubir “Qarabağ” Futbol Klubundan ayrılıb. Onun komandadan getməsi müzakirələrə səbəb olub. Bəzi idmansevərlər hesab edirlər ki, futbolçu üçün daha təntənəli vida təşkil oluna bilərdi. Hətta komandanın əfsanəvi oyunçusunun belə “urvatsız” yola salınmasının arxasında başqa məqamların dayandığı iddia olunur.
Bəs Abdullah Zubir “Qarabağ”dan niyə ayrılıb?
Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev bildirib ki, futbolçunun komandadan ayrılmasının arxasında hər hansı başqa məqsədin olduğunu düşünmür:
“Əldə etdiyim məlumata görə, klub rəhbərliyi Abdullah Zubirə xüsusi vida matçı keçirilməsini təklif edib. Lakin o, bununla razılaşmayıb. Ona görə də burada hər hansı başqa olayın və ya məqsədin olduğunu düşünmürəm”.
K.Məstəliyevin sözlərinə görə, klub rəhbərliyi ilə Abdullah Zubir arasında münasibətlər hər zaman yaxşı olub:
“O, klubun və komandanın kapitanı idi. Həm azərbaycanlıların, həm də xarici azarkeşlərin sevimli “Qarabağ” futbolçularından biri olub. Ona görə də burada başqa bir məqsədin ola biləcəyini düşünmürəm”.
Zaira Akifqızı
Globalinfo.az