Xaos böyüyür: BMT-nin 3 əməkdaşı öldürüldü

Xaos böyüyür: BMT-nin 3 əməkdaşı öldürüldü

Aprelin 15-də BMT-nin Ümumdünya Ərzaq Proqramının 3 əməkdaşı Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar zamanı ölüb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu BMT Baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi və Sudanda keçid mərhələsinə dəstək üzrə BMT missiyasının rəhbəri Folkera Pertesa bildirib.

Qeyd edilib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının 3 əməkdaşı Şimali Darfur ştatının Kabkabiya şəhərində xidməti vəzifələrini yerinə yetirərkən ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar zamanı öldürülüb.