1039649 src

Polşa ABŞ-ın “Palantir Technologies” şirkəti ilə hərbi komandanların qərarvermə prosesini dəstəkləyəcək süni intellekt əsaslı proqram təminatının alınması üçün beşillik müqavilə imzalayıb. Sazişin dəyəri təxminən 300 milyon dollar təşkil edir.

Globalinfo.az xəbər verir ki, bu barədə müqavilənin imzalanmasından sonra Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

O, razılaşmanı Polşa ordusunun əməliyyat imkanlarının inkişafında dönüş nöqtəsi adlandırıb.

Nazir bildirib ki, bütün açarlar, serverlər və məlumatlar Polşa Silahlı Qüvvələrinin müstəsna mülkiyyətindədir və belə də qalacaq.

Qeyd edək ki, Polşa “Palantir” şirkəti ilə əməkdaşlığa 2025-ci ildə başlayıb. Tərəflər həmin vaxt süni intellekt, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində anlaşma memorandumu imzalayıblar.

“Palantir Technologies” müxtəlif mənbələrdən əldə olunan məlumatların birləşdirilməsi və təhlili üçün proqram təminatı hazırlayan ABŞ şirkətidir. Onun platformalarından dövlət qurumları, silahlı qüvvələr və özəl şirkətlər istifadə edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: