
“Azərbaycan 2027-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) həmsədri olacaq, 2028-ci ildə isə ilk dəfə təşkilata sədrlik edəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Moskvada MDB İqtisadi Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan indiyədək təşkilata sədrlik etməyə iddialı olmayıblar. Lebedev əvvəllər iki ölkə arasında mövcud olan fikir ayrılıqlarını buna maneə kimi göstərib.
Baş katib əlavə edib ki, Azərbaycandan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin 2029-cu ildə MDB-yə sədrlik etməyə hazır olduğunu bildirib.
Safura Bənnayeva
Globalinfo.az