pensiya 12

Bu ilin yanvar-oktyabr aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 8,75 milyard manat vəsait ödənilib.

Globalinfo.az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 764 milyon manat və ya 9,55 % çoxdur.

Paylaş: