Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana gözlənilən səfəri zamanı müzakirə olunacaq məsələlər barədə danışıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Sülh Körpüsü” təşəbbüsünün 5-ci görüşü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Simonyanın sözlərinə görə, səfər zamanı müzakirə ediləcək mövzular əvvəlki görüşlərin gündəliyindən ciddi şəkildə fərqlənməyəcək. Tərəflər ikitərəfli münasibətlərlə bağlı mütəmadi müzakirə olunan məsələləri yenidən nəzərdən keçirəcəklər.
“Bunlar daim müzakirə etdiyimiz məsələlərdir. Gündəlik ciddi şəkildə dəyişməyəcək. Həmkarımız Ermənistana səfər etmişdi, indi növbə bizimdir. Mən gedəcəyəm və növbəti görüşlə bağlı da razılığa gələcəyik. Belə görüşlərdə çoxsaylı məsələləri müzakirə edirik, gündəmdə əsasən eyni mövzular olur”, – deyə o vurğulayıb.
Əliyar Xəlil