simonyan 1 900x600 2

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan 5-ci dəyirmi masanın erməni və azərbaycanlı iştirakçıları ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki,  bu barədə  Ermənistan Təhlükəsizlik Şurası aparatı məlumat yayıb.

Görüşdə iştirakçılar Alen Simonyana müxtəlif suallar ünvanlayıb, tərəflər arasında fikir və ideya mübadiləsi aparılıb.

Xatırladaq ki, hazırda Ermənistanda “Sülh körpüsü” təşəbbüsünün 5-ci görüşü keçirilir. Tədbirə hər iki ölkədən ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi qatılıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: