Aprelin 12-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.
Globalinfo.az xəbər verir ki, əsgərin ona təhkim edilmiş silahdan açılan atəş nəticəsində yaralandığı bildirilib.
Hazırda vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Hadisənin necə baş verdiyi məlum deyil.
Məsələ ilə bağlı araşdırma aparılır.
Ayşən Mustafa
Globalinfo.az