haciqabul 13131 1

Hacıqabulda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Rəsulzadə küçəsində, qətlə yetirilən Davud Abbasovun həyətində baş verib. Cinayət ailə münaqişəsi zəminində törədilib.

İlkin məlumata görə, Asim İmanov həyat yoldaşı ilə mübahisə edib və qadın atasının evinə gedib. Asim isə bir neçə gündən sonra qayınatası ilə görüşüb, həyat yoldaşının geri qayıtmasını istəyib. Kürəkənlə qayınata arasında mübahisə yaranıb və nəticədə Asim İmanov bıçaqla qayınatasına üç bıçaq zərbəsi endirib. D.İmanov aldığı xəsarətlərdən ölüb. A.İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

X X X

Hacıqabulda kişi öldürülüb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, şəhər sakini Davud Abbasov bıçaqla qətlə yetirilib.

Cinayəti törətməkdə mərhumun kürəkəni Asim İmanov şübhəli bilinir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.İmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: