bas

Avstraliya senatoru Fatima Payman parlamentin iclasına körpəsi ilə birlikdə qatılıb.

Globalinfo.az xəbər verir ki,  onun körpəsini qucağında saxlayaraq iclasda iştirak etməsi maraqlı anlara səbəb olub.

Bu zaman digər senatorlar da körpəyə biganə qalmayıblar.

Onlardan bəziləri uşağı əyləndirməyə çalışıblar.

Maraqlı görüntülər sosial şəbəkələrdə diqqət çəkib.

Hadisə parlamentdə çalışan valideynlər, xüsusilə də anaların uşaqları ilə birlikdə iş həyatında iştirak imkanlarını yenidən gündəmə gətirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: