ekrem imamoglu 1 900x567 1

Türkiyə Dövlət Şurasının (Danıştay) 8-ci Palatası həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun diplomunun ləğvinə qarşı verdiyi apellyasiya şikayətini yekdilliklə rədd edib.

Globalinfo.az xəbər verir ki, Palata İmamoğlunun 1990-cı ildə universitetə köçürülməsinin “açıq, aşkar, bir-biri ilə əlaqəli və bir-birini tamamlayan qanunsuz prosedurlar silsiləsi vasitəsilə” həyata keçirildiyini bildirib.

Danıştay həmin prosesdə “aşkar hüquqi səhv” olduğunu müəyyən edərək diplomun ləğvi barədə qərarı qanuni hesab edib.

İmamoğlunun vəkilləri qərardan sonra Türkiyə Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini açıqlayıblar.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: