research1690880824

NATO ölkələri Ukrayna münaqişəsinin iki ölkənin ərazilərindən kənara çıxmasından və döyüşlərin yeni bölgələrə yayılacağından ehtiyat edirlər.

“CBS Nyus” televiziyasının məlumatına görə, narahatlıq Ukraynanın beynəlxalq sularda Rusiya gəmilərinə hücumları ilə əlaqədardır.

Bildirilib ki, son zamanlar digər dövlətlərin də bu narahatlığı özünü daha qabarıq şəkildə büruzə verir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ və Avropa arasında mövcud olan fikir ayrılıqları NATO daxilində də ziddiyyət yaradır:

“Bu baxımdan, Alyansın müharibə ilə bağlı vahid mövqeyinin olduğunu düşünmürəm. Çünki ABŞ müharibəni bitirmək, Avropa isə davam etdirmək istəyir. Buna baxmayaraq, müharibənin genişlənmə ehtimalı hər iki tərəfi narahat edir.

Avropa öz təhlükəsizliyini, ABŞ isə daha çox strateji və iqtisadi maraqlarını düşünür. Ona görə də NATO-nun narahatlığı anlaşılandır. Düşünürəm ki, sülh sazişi imzalanmadıqca müharibənin genişlənmə ehtimalı hər an var”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: