Azərbaycan və Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir. İki ölkə arasında münasibətlər çərçivəsində Cənubi Qafqazda baş verən son proseslər və beynəlxalq gündəlikdəki məsələlər də müzakirə olunub.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün keçirilən təkbətək və geniş tərkibli görüşlərdə ikitərəfli münasibətlər ətraflı müzakirə olunub.
Ceyhun Bayramovun sözlərinə görə, tərəflər Cənubi Qafqazdakı yeni vəziyyət, daha geniş coğrafiyada baş verən proseslər, beynəlxalq təşkilatlardakı məsələlər və qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
“Azərbaycan–Gürcüstan münasibətlərinin çox geniş gündəliyi var. Siyasi dialoq ən yüksək səviyyədədir və bu istiqamətdə çox güclü dinamika mövcuddur”, – deyə nazir vurğulayıb.
Zaira Akifqızı