6b05173f4a7a3722c4ba7790

Türkiyəli rok ifaçısı Asena Özçetin yol qəzasında həyatını itirib.

Globalinfo.az xəbər verir ki, 53 yaşlı müğənninin ölümü ilə bağlı xəbəri onun uzun müddət solisti olduğu “Karakedi” qrupu yayıb.

Hadisənin hansı ərazidə və hansı şəraitdə baş verdiyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Rok və metal musiqi janrlarında fərqli vokal tərzi ilə tanınan Asena Özçetin “Uçurumlar arasında”, “Yeter ki susma”, “Bana kalan”, “Kadınlar bayramı”, “Kanatlar”, “Kimse bilmez”, “Yoktur eşin” və “Son sözüm” kimi mahnıları dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Paylaş: