“Əldə etdiyim məlumata görə, noyabrın 12-dən etibarən Hrazdan SES-dən Türkiyəyə, Axurik istiqamətindəki kabellərin yoxlanılması və bərpası məqsədilə gündə bir saat ərzində elektrik enerjisi ötürülür”.
Globalinfo.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi, Gümrülü müxalifətçi Karapet Poğosyan deyib.
“Təbii ki, qonşularımıza çoxlu enerji resursları sata bilsəydik, bu, pis olmazdı. Lakin Ermənistanın resurslarının son dərəcə məhdud olduğunu, ölkə rəhbərliyinin isə türk olduğunu, son zamanlar müxtəlif ünvanlarda elektrik enerjisinin tez-tez kəsildiyini nəzərə alsaq, bu vəziyyət artıq narahatlıq doğurur. Ümid edirəm ki, elə bir vəziyyətə gəlib çatmarıq ki, sülh və suverenlik naminə özümüzün istehsal etdiyimiz elektrik enerjisini əlimizdən alsınlar”, – deyə o qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az