“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ölkənin güclü və davamlı siyasi sisteminin sabitliyinə təsir göstərməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Abbas Əraqçi ” Əl-Cəzirə” yə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, bir şəxsin varlığı və ya yoxluğu İranın siyasi strukturunu sarsıda bilməz.
Əraqçi əlavə edib ki, sistemdə Ali Rəhbərdən daha vacib fiqur yoxdur:
“Əli Xameneinin ölümündən sonra belə, hər şey fəaliyyətini davam etdirib”.
Qeyd edək ki, 17 martda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və İran hökumətinin əsas fiquru Əli Laricaninin ölümü təsdiqlənib.
Onun oğlu Mortaza, Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əlireza Bayat və təhlükəsizlik işçiləri də öldürülüb.
Əliyar Xəlil
Globalinfo.az