Qlobal Liderl%C9%99r v%C9%99 Isiqli Dunya X%C9%99rit%C9%99si

Rusiyalı tanınmış siyasətçi və jurnalist Anatoli Vassermanın açıqlaması müzakirələrə səbəb olub. O bildirib ki, yaxın gələcəkdə dünyanın taleyini üç dövlət – Rusiya, Çin və Hindistan müəyyən edəcək.

Jurnalistin sözlərinə görə, ABŞ-ın dünya hegemonluğu dövrü başa çatır.

Hindistan niyə belə güclənir? Doğrudanmı, yeni dünya gücü bu ölkə ola bilər?

Globalinfo.az-a danışan “Bakı Politologiya Klubu” İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib ki, Anatoli Vassermanın fikirləri ilə həqiqətə uyğun gəlmir:

“Dünyanın güc mərkəzi iqtisadi, siyasi və hərbi baxımdan ABŞ-dır. Sadəcə XX əsrdə iki siyasi mərkəz mövcud idisə, indi nüfuz sahibi olan qeyri-Qərb sivilizasiyalarını da görməkdəyik. Bu, ayrı-ayrı güc mərkəzlərinin yaranmasına gətirib çıxarır. Türkiyə, Hindistan və s. buna misal ola bilər. Rusiya və Çinin də təsir imkanları var. Çin iqtisadiyyatı artan templə inkişaf etməkdədir.

zaur memmedov yeni 1 900x737 1
Zaur Məmmədov

Belə davam edərsə, Pekin dünyanın bir nömrəli iqtisadi gücü ola bilər. Bu isə özlüyündə siyasi və hərbi güc deməkdir. Köhnə güclər mövcud olmaqda davam etdiyi halda, yeni güclər də formalaşır. ABŞ ilə İran arasında baş verənlər artıq “kimin daha çox gücü varsa, onun sözü keçir” yanaşmasının reallaşdığını göstərir.

Amma eyni zamanda, Vaşinqton mərkəz olaraq qalacaq. Dünyanın maliyyə institutları nahaq yerə bu ölkədə yerləşməyib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: