Tramp 1

ABŞ Prezidenti Donald Tramp Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının müxbiri Trey Yinqst ABŞ lideri ilə müsahibəsinin nəticələrinə əsasən məlumat verib.

“Prezident “Fox News”a bildirib ki, razılaşma əldə olunmasa, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir”, – jurnalist efirdə deyib.

Yinqstin sözlərinə görə, Vaşinqtonla Tehran arasında mesajların ötürülməsində vasitəçi qismində Qətər çıxış edir. Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığını müəyyənləşdirməkdir.

Paylaş: