Tramp 4

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini, lakin Tehranın təklif etdiyi şərtlərin qəbuledilməz olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, “Independent” nəşrinin məlumatına görə, Tramp bu açıqlamanı Çindən qayıtdıqdan sonra verib.

ABŞ-da benzinin qiymətlərinin dəyişməsi ilə bağlı sualı cavablandıran prezident yanacağın dəyərinin qismən Vaşinqtonun İranla münasibətləri necə tənzimləyəcəyindən asılı olduğunu qeyd edib.

“Onlar saziş bağlamaq istəyirlər, amma mənim üçün məqbul olacaq bir razılaşma istəmirlər. Bizə saxta sövdələşmə yox, əsl saziş lazımdır”, – deyə Tramp vurğulayıb.

Amerika lideri, həmçinin İran hakimiyyətini tənqid edərək, ölkə rəhbərliyinin 51 ildir insanları aldatdığını iddia edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: