Tramp Putin 1536x864 1

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı ona Ukraynaya qarşı müharibəyə başlayıb-başlamayacağı ilə bağlı sual verdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Tramp Putindən ABŞ-da prezident postunda özü olsaydı, Ukraynada hərbi əməliyyata başlamaq qərarı verib-verməyəcəyini soruşduğunu bildirib.

“Mən Putindən soruşdum: ‘Əgər həmin vaxt prezident mən olsaydım, buna gedərdinizmi?’ O isə ‘Xeyr’ cavabını verdi. Ölkəmiz bu vəziyyətdə son dərəcə pis davrandı”, – deyə Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: