Tramp 4

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) səlahiyyətlərini tənqid edərək qurumun dövlət başçılarını həbs etmək hüququna malik olmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə danışarkən Rusiya Prezidenti Vladimir Putinin də BCM-in fəaliyyətindən narazı olduğunu vurğulayıb.

“Deyərdim ki, Putin bundan heç də məmnun deyil. Beynəlxalq Cinayət Məhkəməsi xəyali səlahiyyətlərə malik olduğunu düşünür. Onlar elə hesab edirlər ki, gəlib dövlət başçılarını həbs edə bilərlər. Amma bunu edə bilməzlər. Biz hamımız birlikdə buna qarşı çıxdıq”, – deyə Tramp bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: