Hörmüz boğazından çıxan tankerdə naməlum mərminin dəyməsi nəticəsində yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, mərmi Omanın Xəsab şəhərindən 8 dəniz mili şimalda tankerin göyərtəsinə dəyib.
Yanğın barədə gəminin təhlükəsizliyinə cavabdeh olan şirkət əməkdaşı məlumat verib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, ətraf mühitə zərər dəyməsi barədə də məlumat daxil olmayıb.
Hazırda hakimiyyət orqanları hadisənin təfərrüatlarını araşdırır.