Xocalı soyqırımının şahidi, erməni əsirliyində işgəncələrə məruz qalmış Salman Abbasov vəfat edib.
Globalinfo.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat yayıb.
O bildirib ki, Salman Abbasov bu gün Xocalıda dəfn olunub.
Qeyd edək ki, S.Abbasov Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlardan tanınan Ləfxanım Mahmudovanın atasıdır.
