pasinyan 78

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətə referendum keçirilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan bildirib ki, xalq yeni Konstitusiyanı rədd edərsə, istefa verəcək.

“Əgər xalq Konstitusiyaya “hə” deyərsə, növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağam”, – Paşinyan qeyd edib.

Qeyd edək ki, Azərbaycan tərəfi yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyanda ölkəmizə qarşı ərazi iddialarına əsas yaradan maddələrin dəyişdirilməsini tələb edib. Nikol Paşinyan da yekun sülh sazişinin onun baş nazirliyi müddətində imzalanmasına çalışacağını açıqlayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: